Ermənistanda konstituison böhran və məhkəmələrə basqın nəyə aparır? – Təhlil
Ölçü:


Baş nazir Nikol Paşinyan məhkəmənin Robert Koçaryan haqda şənbə qərarına açıq reaksiya verməklə dünən axşam öz Facebook səhifəsində yazıb: “Səhər 8.30-dan respublikanın istisnasız olaraq bütün məhkəmələrinin giriş və çıxışlarını elə bağlayırıq ki, binaya heç kim girməsin. 12.00-da mənim çıxışım birbaşa efirdə yayımlanacaq”. Paşinyan deyir ki, Ermənistan inqilabının ikinci, ən önəmli mərhələsinə strat verilib, məhkəmə-hüquq sistemində formalaşan durum, bir də xalq hakimiyyətinin bu sahədə də təsdiqi haqda önəmli açıqlama ilə çıxış etməyə söz verir. Baş nazir sonradan öz qeydlərinə daha dolğun toxunaraq birbaşa efirlə xalqa müraciət edib.

Görünür, baş nazir unudub ki, inqilabın ikinci mərhələsinin başlanmasına başqa xüsusda artıq start verib, hər halda, bizə dövlət statistika göstəricilərinə görə gerçəkliyə çevrilməkdən uzaq olan  iqtisadi inqilab vəd edilib. Hər  necə olsa da, mövzunun özünə dönək və qeyd edək ki, qıraq adam Paşinyanın bəyanatlarıyla tanış olarsa, təəssürat doğa bilər ki, bunun müəllifi ölkənin baş naziri deyil, inqilaba hazırlaşan müxalifət lideridir.

Prinsipcə, cəmiyyət məhkəmə-hüquq sistemini islah edə biləcək istənilən təşəbbüs uğrunda çıxış edir. Hətta bu, xeyli əvvəllər, inqilabın qələbəsindən bir an sonra  edilməliydi, o biri yandan, istənilən təşəbbüsün leqal – qanun çərçivəsində olması çox önəmlidir. Paşinyanın qalmaqallı yazısı bu planda nikbinlik üçün heç bir özəl əsas yaratmır, çünki icra hakimiyyətinin başçısı açıqca hakimiyyətin başqa qanadını bloklamağa gedir.

İndiki anda məlumatımız son dərəcə məhduddur. Bəllidir ki, Paşinyan səhər məhkəmə qurumlarının başçılarilə görüşüb, Qagik Arutyunyan isə dünən gecədən keçmiş DİİHB-də (ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu-tərc.) toplantı keçirib. Paşinyanın qalmaqallı bəyanatından sonra məhkəmə sistemində müəyyən xof var. Bu fakt Qagik Arutyunyanın və AMŞ-nin (Ali Məhkəmə Şurası-tərc.) başqa üzvlərinin məzmununa müəlliflərin aşkar xofundan kölgə düşən qısa müsahibəsindən bəlli idi.

Bununla belə, DİİHB dünən gecədən keçmiş yığcam rəsmi bəyanat yayıb. Məlumatda qeyd olunur ki, Şura qeydə alıb – mayın 20-də Ermənistan baş nazirinin yanında məhkəmə-hüquq islahatları probleminə həsr edilən müşavirə təyin olunub. Şura göstərilən müşavirəni keçirmək və habelə Ali Məhkəmə Şurası sədrinin də ona qatılacağı təsdiqləndiyi nəzərə alınmaqla nəticəyə gəlib ki, yaranmış durumla bağlı mövqeyi toplantıdan sonra çağırılan müşavirədə tam ifadə etmək gərəkdir. Eyni zamanda DİİHB məhkəmələrin normal işinin pozulduğunu qəbuledilməz sayaraq məhkəmə hakimiyyətinin bütün hakim və işçilərini son dərəcə təmkinli olmağa, yalnız hüquq meydanında qalmağa çağırıb.

Qeyd etmək gərəkdir ki, ombudsmen, parlament və parlamentdən qıraq müxalifət əsasən baş nazir Nikol Paşinyanın qalmaqallı yazısı barədə bəyanatlarla çıxış edib.

Ermənistan prezidenti Armen Sərkisyan çağırışla çıxış edərək Ermənistan baş nazirinin məhkəmələrə giriş-çıxışı bağlamaq çağırışına bu şəkildə toxunub. Armen Sərkisyanın bəyanatı siyasi qiymət planında tərəfsizdir və daha çox ayıqlıq və dözümlülük göstərmək ismarıcını ehtiva edir.

Deməli, heç kim bununla mübahisə etmir ki, Ermənistanda korrupsiyalaşmış, mahiyyətcə keçmiş cinayətkar-oliqarxik sistemin əlavəsi olan və bu gün inqilabi dəyərlərin kapitallaşması yolunda durmuş məhkəmə hakimiyyəti ilə işimiz var. Məhkəmə sisteminin islahatına istənilən təşəbbüs alqışlanır, ancaq birmənalıdır ki, bu, leqal yolla, Konstitusiyanın  ruhu və nöqtəsinə, Ermənistanın götürdüyü beynəlxalq öhdəliklərə uyğun olmalıdır. Özəlliklə də Nikol Paşinyanın bloku parlament seçkilərində konstitusion çoxluğu əldə etdikdən sonra ötən il boyunca belə bir imkanı olduğuna görə.

Çaşqınlıq doğurur ki, Paşinyan öz komandasının qeyri-məhdud hakimiyyətindən yararlanmır və gərəksiz duyğusallığa qaçır, nəticədə parlament seçkilərinin nəticələrinə görə formalaşmış çoxluq və Ermənistanda qərarlaşmış qanuni hakimiyyət bütünlüklə legitimsizləşə bilər. Belə təhlükə var və bu bildirilməlidir, çünki görünüşdə təəssürat yaranır ki, hakimiyyət bölgüsü prinsipi pozulur və icra hakimiyyəti küçə vasitəsilə ədalət məhkəməsinə basqı göstərməyə çalışır.

Habelə aydındır ki, Robert Koçaryanın cinayət məsuliyyətinə çəkilməsində ümummilli konsensus var, amma bu məsələ yenə də leqal yolla tənzimlənməlidir, yəni hakimiyyət şərait yaratmalıdır ki, 1 Mart işi üzrə normal məhkəmə istintaqı baş tutsun, Koçaryan da, başqaları da qanunun ruhuna və qəbul edilmiş prosedurlara uyğun layiqli cəza alsınlar. Əks halda 1 Mart işi legitimsizləşə bilər, nəticədə Paşinyan istər-istəməz Koçaryanı siyasi dustağa və müxalifətin liderinə çevirər. Bu, Robert Koçaryan üçün çox dəyərli hədiyyə olar.

Ümumiyyətlə, təəssürat belədir ki, Nikol Paşinyan qeyri-məhdud hakimiyyəti necə gerçəkləşdirməyi bilmir, o biri yandan Koçaryanın azad edilməsilə onun üçün əlverişsiz konteksti, təəssüf ki, avantüraya bənzəyən və həm 1 Mart işinin qanuniliyinə, həm də ölkənin nüfuzuna dönməz zərbə vura bilən təşəbbüslərlə aradan qaldırmağa çalışır.

Ən nəhayətdə, cəmiyyətin qeydsiz-şərtsiz etimad mandatını əldə etmək və yardım haqda elə hey cəmiyyətə üz tutmaq olmaz. Bu, yumşaq deyilsə, yüngüllükdür. Belə yanaşma – daim xalqı gərginləşdirmək və bir-birinə qarşı qoymaq, nifrət mühitini qızışdırmaq – qaçılmazcasına toqquşmalara gətirər. Cəmiyyəti keçmiş hakimiyyətə  nifrət zəminində daim birləşdirmək, gərəkli islahatların – yeri gəlmişkən, hakimiyyət buna çağırılır – həyata keçirilməsini daim təxirə salmaq olmaz.

Sərkis Artsruni (ru.1-in.am)
Tərcümə Strateq.az-ındır. 

21.05.2019 12:59:00
Oxuma sayı: 32