5 adda dərmanın istifadəsi qadağan olundu
Ölçü:


Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə il ərzində 27000-dən çox seriyalı preparatın gətirilməsi üçün müraciət olub.

Koordinat.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin ekspertiza şöbəsinin müdir müavini Vəfa Əbilova bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 23000-dən çox dərman vasitələrinin idxalı zamanı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkar olunmayıb: “4000-ə yaxın dərman vasitəsinin idxalı zamanı müəyyən uyğunsuzluq müəyyən edilib. 3000-dən çox dərman vasitələrinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb”.

Mərkəz rəsmisi qeyd edib ki, dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən il ərzində 28000-ə yaxın dərman vasitəsinin analizi aparılıb: “Bunlardan 15000-dən çox dərman vasitəsi müsbət qiymətləndirilib, 5 adda dərman vasitəsinin keyfiyyət göstəriciləri dövlət qeydiyyatı zamanı təsdiqlənmiş normativ sənədlərə uyğun olmadığına görə idxala icazə verilməyib. Bu da öz növbəsində toplam olaraq 33534 ədəd qablaşdırma nəzərdə tutur. 1000-dən çox normativ sənəd hazırlanaraq təsdiq olunub”.
20.12.2016 11:21:00
Oxuma sayı: 520