İllik 1 faizlə kreditlərin verilməsinə başlandı
Ölçü:


Azərbaycanda problemli krediti olan müştərilərə kompensasiyalarla yanaşı, güzəştli kreditlərin də verilməsinə başlanılıb.

Koordinat.az
xəbər verir ki, ölkə bankları belə müştərilərinə kreditləri dövlətin ayırdığı vəsait hesabına illik 1% şərtlə ayırırlar.

Qeyd edək ki, güzəştli kreditlərin verilməsi prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı fevralın 28-də imzaladığı fərmanda nəzərdə tutulub. Fərmana əsasən, indiyədək kreditini qytarmaqda çətinlik çəkən şəxslərin kreditləri yenilənəcək. Daha dəqiqi onlara elə həmin banklar tərəfindən hazırki borcları miqdarında güzəştli kreditlər ayrılacaq.  Kreditlər illik 1%-lə, 5 illik müddətə ayrılacaq. Bu məqsədlə Azərbaycan Mərkəzi Bankı banklara illik 0,1%-lə vəsait – 682 milyon manat ayırmalıdır.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev FED.az-a bildirib ki, kreditlərin yenilənməsi prosesi ilin sonuna qədər davam edəcək». Qeyd edək ki, kompensasiyalar verilməsi isə mayın sonunda bitməlidir. Z.Nuriyev bildirir ki, indiyədək banklardakı problemli kreditlərin 92%-dan çoxu şəxslərin 10 min dollar və ya 17 min manatadək olan borclarından ibarət idi və sözügedən fərman bu borcların silinməsinə şərait yaradıb».
21.05.2019 11:32:00
Oxuma sayı: 216