Millət vəkili Fuad Abbasovun müdafiəsinə qalxdı
Ölçü:


"Bir adam hamının xoşuna gəlməyə bilər. Ancaq ən pis şey unutqanlıqdır. Fuad Abbasovun Rusiya-Türkiyə münasibətlərinin ən kritik anlarında göstərdiyi fədakarlıq, Azərbaycanlı-Çeçen konflikti zamanı atdığı addımlar barış üçün olduqca zəruri idi".

Koordinat.az
xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Rusiyada fəaliyyət göstərən, bu günlərdə polis tərəfindən saxlanılan və işgəncəyə məruz qalan jurnalist Fuad Abbasovla bağlı danışarkən deyib.  Millət vəkili deyib ki, dağınız diasporumuzun olduğu, azərbaycanlıların aktiv siyasi fəaliyyət göstərməsinin arzuolunmadığı Rusiya kimi bir dövlətdə Fuad Abbasovun elədiklərini yalnız alqışlamaq lazım idi:  "Rusiyada onsuz da dünyagörüşcə və fəaliyyət sferasına görə olduqca dağınıq bir diasporamızun mövcuddur. Burada hamının maraqlarını təmin etmək elə də asan məsələ deyil. Digər tərəfdən Rusiya Xüsusi Xidmət orqanları üçün azərbaycanlıların aktiv siyasi və mədəni çalışmaları da bir o qədər arzuolunan deyil və belə bir mühitdə kimsə irəli duraraq gücü çatan hansısa işləri görübsə, buna ancaq minnətdarlıqla yanaşmaq lazımdır”.
21.05.2019 10:57:00
Oxuma sayı: 85