Zərif: "Makedoniyalı İsgəndər, Çingiz xanın məhv edə bilmədiyi İranı..."
Ölçü:


Makedoniyalı İsgəndər, Çingiz xan və başqalarının İranı məhv edə bilmədikləri kimi, ABŞ prezidenti Donald Tramp da buna nail ola bilməyəcək.

Koordinat.az xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb. O, əlavə edib ki, iqtisadi terror “İranın sonuna” səbəb olmayacaq: “Heç vaxt bir iranlını hədələməyin. Hörmətlə yanaşın, bu metod effektivdir”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində bildirmişdi ki, İran müharibə istəyirsə, bu rəsmən onların sonu olacaq:

20.05.2019 17:49:00
Oxuma sayı: 74