Ukrayna vasitəsilə Rusiya neftinin Avropaya nəqli yenidən dayandırıldı
Ölçü:


Bu gün Rusiya neftinin “Dostluq” neft kəməri ilə Ukrayna ərazisi vasitəsilə Avropaya nəqli yenidən dayandırılıb.

Koordinat.az xəbər verir ki, bu barədə Ukraynanın “Ukrtransnaft” şirkətindən bildiriblər. Şirkətdən qeyd edilib ki, bazar ertsəi gecə saat 00:00-dan başlayaraq boru kəməri ilə neft nəqli bərpa edilsə də, bir qədər sonra neftin Avropa nəqli yenidən dayandırılıb. Həmin müddət ərzində 4 min ton neft nəql edildiyi bildirlir.

Neftin nəqlinini dayandırlmasının səbəbi olaraq texniki problemlər göstərilir.
20.05.2019 15:29:00
Oxuma sayı: 53