Bu gecə Bakı-Sumqayıt yolu bağlı olacaq
Ölçü:


Bu gün gecə 12-dən sabah saat 6-ya qədər Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər olan hissəsində üfiqi nişanlanma xətləri yenidən rənglənəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Koordinat.az-a verilən məlumata görə, rənglənmə işləri zamanı yolda hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

“Buna görə, sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda bildirilir.

 
 
20.05.2019 14:23:00
Oxuma sayı: 67