Alkopan maşınların üstünə düşdü - FOTO
Ölçü:


Dünən axşam saatlarından başlayan külək Bakıxanov qəsəbəsində yerləşən “Akkord” binalarının üzlüklərini qopararaq maşınların üzərinə atıb.

Koordinat.az
xəbər verir ki, bir aya yaxındır üzlükləri sökülən “Uğur-2” kompleksinə daxil binaların alkoponları küləyin təsirindən qopub. Nəticədə kompleksin həyətindəki maşınlara və bəzi evlərə ziyan dəyib. Belə ki, dəmir konstruksiyalar küləyin təsirindən yellənərək bəzi evlərin pəncərəsini sındırıb. Külək binanın sökülməkdə olan alkoponunu da uçurub. Dəmir konstruksiyaya bitişik olan alkoponlar binanın yaxınlığında park edilən avtomobillərin üzərinə düşüb. Nəticədə 3 avtomobilə ciddi ziyan dəyib.

Təmirlə əlaqədar sakinlərin təhlükəsizliyi üçün ayrılmış yol da dəmir konstruksiyalar səbəbindən dağılıb. 8 binanın yerləşdiyi şəhərciyə giriş-çıxış müvəqqəti olaraq başqa istiqamətdən açılıb. Külək davam etdiyindən alkoponların qırılması davam edir.

“Akkord” rəhbərliyi sakinlərə bildirib ki, binada yaşayan sakinlərin evlərinə, mülk və avtomobillərinə dəyən ziyan şirkət tərəfindən qarşılanacaq. Külək nəticəsində pəncərəsi dağılmış evlərdə olan şirkət rəhbərliyi sakinlərin dağılan və ya sınan əşyalarının alınması üçün də pul verib.

Avtomobilinə ziyan dəyən sürücülərlə də şirkət rəhbərinin görüşü olub. Bildirilib ki, avtomobillərə dəyən ziyan hesablanacaq və hər kəsə ziyanın miqdarı qədər kompensasiya ödəniləcək.
20.05.2019 13:31:00
Oxuma sayı: 23