Azərbaycanda neft hasilatı sabit səviyyədə qalacaq
Ölçü:


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2019-cu ildə Azərbaycanda orta qündəlik neft hasilatının sabit 0,8 mln. barel səviyyəsində olmasını proqnozlaşdıırır.

Koordinat.az
-ın məlumatına görə, bu barədə OPEC-in aylıq hesabatında bildirilir. Hesabata əsasən, 2018 və 2017 illərdə də gündəlik orta maye karbohidrogenlərin (neft və qaz kondensatı) hasilatı 0,8 mln. barel təşkil edib.

Qeyd edək ki, Azərbaycanda neft və qaz hasilatını böyük bir hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının payına düşür.

20.05.2019 12:56:00
Oxuma sayı: 12689