Ukraynanın yeni prezidentindən məmurlara çağırış: "Kabinetlərdə prezidentin deyil, öz uşaqlarınızın fotolarını asın"
Ölçü:


Ukraynanın yeni prezidenti Vladimir Zelenski bu gün keçirilən andiçmə mərasimində Ali Radanın buraxıldığını elan edib.

Koordinat.az xəbər verir ki, Zelenski deputatların toxunulmazlığının ləğvinə səs verməyə çağırıb və məmurlara ofislərində prezidentin deyil öz ailə üzvlərinin fotolarını asmağı təklif edib: "Prezident bir simvol deyil, ona ibadət etməyə borclu deyilsiniz. Uşaqlarınızın fotolarını kabinetinizə qoyun və qərarlar qəbul edərkən onların gözlərinə baxın".

Xatırladaq ki, Zelenskinin andiçmə mərasimində təxminən 60 ölkənin prezidentləri, hökumət başçıları və nazirləri iştirak edirlər. Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan parlamentinin aparat rəhbəri Səfa Mirzəyev, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil edirlər.
20.05.2019 12:48:00
Oxuma sayı: 87