Qızıl Xaçın nümayəndələri kəlbəcərli girovlarla görüşüblər
Ölçü:


Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Koordinat.az-a verilən məlumatda bildirilir ki, komitə nümayəndələri Dağlıq Qarabağda münaqişə nəticəsində saxlanılan Azərbaycan vətəndaşlarına may ayında başçəkmə həyata keçirib: “Başçəkmə zamanı həmin şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı monitorinq keçirilib”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

20.05.2019 11:33:00
Oxuma sayı: 80