Orta əməkhaqqı: Gürcüstanda 398, Ermənistanda 364,
Azərbaycan 338 dollar
Ölçü:


MDB Statistika Komitəsinin məlumatına görə, 2005-ci ildə Ermənistanda orta aylıq nominal əmək haqqı 114 dollar təşkil edib. Bu ilin aprelin 1-ə həmin göstərici 364 dollara qalxıb. Yəni son 15 ildə Ermənistanda maaşlar orta hesabla 250 dollar artıb.

Koordinat.az
xəbər verir jki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, Azərbaycanda 2005-ci ildə orta aylıq əmək haqqı 131 dollar idisə, hazırda 338 dollar təşkil edir. Bu isə o deməkdir ki, son 15 ildə Azərbaycanda orta aylıq nominal əmək haqqı 207 dollar artıb. Yəni son 15 ildə orta erməni hər bir azərbaycanlıdan 43 dollar çox qazanıb: "Heç bir resursu olmayan Ermənistanda orta aylıq əmək haqqının artımı neft-qaz bumunu yaşayan Azərbaycanla müqayisədə 43 dollar yüksək olub. Bu, bir daha göstərir ki, Azərbaycanda gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünə görə vətəndaşlar dövlətin iqtisadi siyasətindən ermənilərlə müqayisədə daha az faydalanırlar".

İqtisadçı alim müqayisə üçün qeyd edib ki, aprelin 1-ə olan məlumata görə, orta aylıq nominal əmək haqqı Azərbaycanda 338 dollar, Ermənistanda 364 dollar, Ukraynada 390, Gürcüstanda 398 dollar, Qazaxıstanda 444 dollar, Belarusda 471 dollar, Rusiyada isə 695 dollardır.
20.05.2019 10:26:00
Oxuma sayı: 122