Qüdrət Həsənquliyev: “Paşinyanın cavabı döyüş meydanında verilməlidir”
Ölçü:


“Qarabağ hər bir azərbaycanlının qürur məsələsidir. Onu işğaldan azad etmək hər kəsin şərəf və ləyaqət məsələsidir. Mən xalqımızı Qarabağı azad etmək üçün qurbanlar verməyə və qəhrəmanlıqlar göstərməyə hazır olmağa səsləmişəm. Çünki Qarabağ probleminin danışıqlar yolu ilə ədalətli həlli mümkün deyil”.

Koordinat.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. O, mayın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Şuşada “Yallı” oynamasına cavab verilməsinin şərəf məsələsi olduğunu deyib: “Keçmişdə zabitlər öz şərəflərini qorumaq üçün ləyaqətlərinə toxunanları duelə çağırardılar. Tarixdən oxumusunuzmu bir rəncbər başqa bir rəncbəri duelə çağırsın?! İndi Şuşada yallı getməklə hər bir azərbaycanlının, xüsusilə zabitlərimizin qüruruna toxunan Paşinyanın cavabı döyüş meydanında verilməlidir! Vətən torpaqlarını qoruyacaqlarına and içmiş zabitlərimiz öz sözünü deməli, ən azı, bir neçə rayonu işğaldan azad etməklə Ermənistanı ədalətli sülhə məcbur etməlidir”.

20.05.2019 10:09:00
Oxuma sayı: 25