İTV-dən Avropa Yayımları Birliyinə etiraz
Ölçü:


İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2019” mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.

Koordinat.az xəbər verir ki, müraciət “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.

“Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik”, – deyə məlumatda bildirilir.
20.05.2019 09:53:00
Oxuma sayı: 21