Elmar Məmmədyarov Brüsseldə Qarabağdan niyə danışmayıb? - iqtisadçı alimdən etiraz
Ölçü:


"Brüsseldə yüksək səviyyəli tədbirdə və geniş auditoriya qarşısında çıxış edən Azərbaycanın xarici işlər naziri Qarabağın adını dilinə belə gətirmədi".

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu özünün "Facebook" səhifəsind yazıb. O, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu "Qərbin xoşladığı nazir" kimi xarakerizə etsə də, Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubileyindəki çıxışında Qarabağ problemindən danışmamasına görə onu qınayıb: "Elmar Məmmədyarov canlara dəyən (remarkable) oğlandır, ingiliscə mükəmməl danışır, gülməli zarafatlar edir, yəni bir sözlə Qərbin xoşladığı nazirdir. Ona olan Qərb sevgisi yalnız şəxsi keyfiyyətlərinə görə deyil, həm də Qərbin marağını Azərbaycanın mənafeyindən üstün tutduğuna görədir".

Qubad İbadoğlu daha sonra əlavə edib: "Azərbaycanın xarici işlər naziri Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubileyinə həsr olunmuş "Vətəndaşlara konkret nəticələr verən nailiyyətlər və çətinliklər" panelində iqtisadi əməkdaşlıqdan, Cənub Qaz Dəhlizi enerji layihəsindən ağızdolu danışır, amma bu paneldə ona verilmiş tribunadan istifadə edərək, çoxsaylı iştirakçılar qarşısındakı çıxışında Qarabağ problemini, erməni işğalını bir dəfə də olsun xatırlatmır. Ondan əvvəl çıxış edən Ukraynanın keçmiş prezidenti Rusiyanın təcavüzündən, Krımın, Donbasın, Luqanskınin işğalından dəfələrlə bəhs etəsə də Azərbaycanın Xarici İşlər Nazirinin Qarabağın adını belə dilinə gətirmir".

Xatıraldaq ki, Elmar Məmmədyarovun 9 dəqiqəlik həmin çıxışı ingilis, fransız və rus dillərində yayılıb.

18.05.2019 11:16:00
Oxuma sayı: 119