Zelenski Krımı geri qaytaracağına söz verdi
Ölçü:


"Ukrayna Krımı geri qaytaracaq".

Koordinat.az xəbər verir ki, bu sözləri Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski öz Feysbuk səhifəsində Krım tatarlarının deportasiyasının 75 illiyini şərh edərkən deyib.

“İnanıram ki, biz Krım tatarlarının vətənini işğaldan azad edəcəyik. Krıma qayıdış yolu nə qədər uzun olsa da biz Krım tatarları ilə birgə addımlayacağıq. Biz bunu birgə edəcəyik. Unutmayın ki, ən qaranlıq gecə belə şəfəqlə bitir” – deyə o bildirib.
18.05.2019 13:16:00
Oxuma sayı: 69