Yasamalda bina sakinləri MTK-lardan şikayətlənir
Ölçü:


 “Tərəqqi” MTK və “Avesta” MTK şirkətlərinin Bakının Yasamal rayonu ərazisində inşa etdiyi binanın sakinləri binanın heç bir şəraitlə təmin olunmamasından şikayət edir.

Koordinat.az xəbər verir ki, 2011-2017-ci illərdə Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 74 ünvanında yerləşən 3 ədəd 22 mərtəbəli yaşayış binaları inşa edilib. Sakinlər bildirir ki, 2017-ci ildə yaşayış kompleksi müqaviləyə əsasən təhvil verilməli idi, lakin mənzillər zəruri olan heç bir şəraitlə təmin olunmayıb. Belə ki, su xətti nazik borularla verildiyi üçün yuxarı mərtəbələrin su təminatı ödənilmir. Həmçinin elektrik enerjisi binanın tikintisi üçün ayrılmış müvəqqəti olan xəttlərdən verildiyindən gərginlik 160 vattdan yuxarı qalxmır.

"Elektrik avadanlıqların istifadəsi ilə bağlı çətinliklər yaşanır. Davamlı olaraq transformatorda yaranan problemlərə görə qış boyu enerji kəsintiləri baş verirdi. Qaz təhcizatı təmin edilməyib və mərkəzləşdirilmiş isitmə sistemi də istifadəyə verilməyib”-deyə sakinlər qeyd edir.

Sakinlər söyləyiblər ki, qış aylarında sakinlərin yaşam tərzi acınacaqlı vəziyyətdə olur: “Son illər daxili təmir işləri həddən artıq qec aparılır, girişlərin, yanğın təhlükəsizliyi üçün ayrılmış pilləkənlərin, mərtəbələrin, həyətyanı sahələrin heç biri işıqlandırılır. Abadlıq işləri aparılmır.  Sanitar-gigiyenik normalara riayət edilmir” (Modern.az).

18.05.2019 11:35:00
Oxuma sayı: 26