Fransa Qarabağ probleminin danışıqlar yolu ilə həllinin tərəfdarıdır
Ölçü:


“Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə dayanıqlı həllinə tərəfdardır”.

Koordinat.az
xəbər verir ki, bunu Parisdə işgüzar səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında martın 29-da keçirilən Vyana görüşündə müzakirə olunmuş etimad tədbirlərinin həyata keçirilməsini vacib hesab edən fransalı nazir münaqişənin əsaslı və razılaşdırılmış həllinin tapılmasına yönələn addımlarda ATƏT-in Minsk qrupunun həmsədri olaraq qəti, tam şəkildə, tərəfsiz olaraq iştirak etdiklərini vurğulayıb.

17.05.2019 18:11:00
Oxuma sayı: 73