Ermənilər Ağdamda genişmiqyaslı təlimə başladı
Ölçü:


Ermənilər Dağlıq Qarabağda genişmiqyaslı hərbi təlimlər keçiriblər.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, təlimlər Azərbaycanın işğal altındakı Ağdam rayonu ərazisindəki “Tiqranakert” poliqonunda keçirilib.

Tank və artilleriya bölmələrinin də iştirak etdiyi təlimlərdə müdafiə və əks-hücum taktikaları sınaqdan çıxıarılıb. Təlimlərə minlərlə hərbi qulluqçunun cəlb olunduğu açıqlanıb.
 
17.05.2019 17:44:00
Oxuma sayı: 81