XI siniflərin buraxılış imtahanlarının nəticələri açıqlandı
Ölçü:


7 aprel 2019-cu il tarixində XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Bu barədə Koordinat.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Abituriyentlər iş nömrələrini 7727 qısa nömrəsinə göndərməklə nəticələrlə tanış ola bilərlər. Nəticələr bir neçə dəqiqədən sonra "dim.gov.az" saytına da yerləşdiriləcək.

Xatırladaq ki, 7 aprel 2019-cu il tarixində Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Həmin gün ümumilikdə 27659 şagird imtahan verib.

17.05.2019 17:07:00
Oxuma sayı: 255