İki rayonun icra başçısının yeri dəyişdirildi
Ölçü:


Prezident İlham Əliyev Saatlı və Sabirabad rayonlarının icra başçılarını dəyişib.

Koordinat.az
xəbər verir ki, ölkə başçısı Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eyni zamanda Siraqəddin Nəcəf oğlu Cabbarovun Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalanıb.

Digər sərəncamlarla Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

17.05.2019 15:33:00
Oxuma sayı: 33