Ziyafət Əsgərov: "Prezidentimizin ətrafında sıx birləşmişik, hansı hücum olacaqsa, adekvat cavabını alacaq"
Ölçü:


Azərbaycana qarşı bu cür çirkin kampaniyanın aparılması birinci dəfə deyil.

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib. O, bildirib ki, Azərbaycanda Avroviziya mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları zamanı da belə hadisələr baş verdi: “İndi də Avropa liqasının final matçı keçiriləndə bu cür hadisələr baş verir. Burada məqsəd aydındır. Azərbaycanın müstəqil siyasətinə kölgə salmağa çalışırlar. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr çoxdur. Azərbaycanda istənilən beynəlxalq tədbir keçiriləndə hər vəchlə çalışırlar ki, bunun qarşısını alsınlar. Ancaq Azərbaycan buna imkan verməyəcək”.

Vitse-spikerin sözlərinə görə, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur: “Cənab Prezidentimiz ətrafında sıx birləşmişik, hansı hücum olacaqsa, adekvat cavabını alacaq. Bütün bunların bir səbəbi də odur ki, beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquq işləsəydi hər kəs yerində oturardı. Açıq deyə bilmirlər ki, “ay Azərbaycan! Biz sənin inkişafını istəmirik”. Biz hamımız bir səslə çəkici bir yerə vurmalıyıq”.

17.05.2019 13:31:00
Oxuma sayı: 81