Separatçılar Köçəryanın zaminə buraxılması üçün 500 min dram ödədi
Ölçü:


İrəvanda məhkəməsi keçirilən işğalçı ölkənin terrorçu eks-prezidenti Robert Köçəryan zaminə buraxıla bilər.

Koordinat.az
xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.  Məhkəmə prosesi zamanı Robert Köçəryana zamin durduqlarını  bəyan edən Qarabağdakı separatçı rejimin  hazırkı oyuncaq başçısı Bako Saakyan və keçmiş rəhbəri Arkadi Qukasyan bunun üçün banka ödədikləri 500 min dram(təxm. 1000 ABŞ dolları) pulun qəbzini hakimə təqdim ediblər. Bundan sonra  hakimlər  A.Qukasyan və B.Saakyan da daxil olmaqla şahid və jurnalistləri məhkəmə zalından çıxararaq qapalı müşavirəyə başlayıblar.  Müşavirədə Ermənistanın baş prokuroru Artur Davtyan da  iştirak edir.
16.05.2019 19:18:00
Oxuma sayı: 21