Hulusi Kılıç Brüsseldə Azərbaycan prezidentinə qarşı hərəkətlərdən narahardır: "Qarabağ üçün indiyə qədər nə etmisiniz?"
Ölçü:


“Can Azərbaycanımızın Prezidenti cənab İlham Əliyevin 13 may tarixində Brüsselə səfəri zaman Belçikada yaşayan bəzi müxalif azərbaycanlıların etdiyi hörmətsizlik barədə sosial şəbəkələrdən xəbər tutdum”.

Koordinat.az
xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə ümumi koordiantoru Hulusi Kılıç bildirib: “Bu insanlara can Azərbaycanımızın ümumilli lideri Heydər Əliyevin bu sözlərini xatırlatmaq istəyirəm: “Vətənpərvərlik insanın daxili duyğularıdır. Bunlar yoxdursa, o insan mənəviyyatsızdır. Brüsseldə can Azərbaycanımınızın torpaqlarını işğal edən ölkənin baş naziri Paşinyana qarşı reaksiya göstərmək əvəzinə cənab prezidentə reaksiya göstərmək can Azərbaycan xalqına qarşı hörmətsizik etməkdir. Mən bu insanlardan soruşuram Qarabağın və işğal altına olan torpaqların geri alınması üçün indiyə qədər nə etmisiniz? Sizə Mehmet Akif Ərsoyun “Bayraqları bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa vətəndir” sözlərini xatırlatmaq istəyirəm. Avropa Birliyinin ikili standartı, xüsusilə də can Azərbaycana qarşı göstərdiyi ikili standartı şiddətlə qınayıram. Can Azərbaycanımızın torpaq bütünlüyü haqqında şübhələri varsa, BMT-nin dörd qərarına, ATƏT sənədlərinə baxsınlar. Can Azərbaycanın torpaqları işğaldadır. Bu işğalın tez bir zamanda sona çatmasını və torpaqlarının bütünlüyünün təmin edilməsini gözləyirik. Mən harada oluramsa, Azərbaycanımızı şərəflə təmsil edirəm".

16.05.2019 16:01:00
Oxuma sayı: 19