Gürcüstana gedən turistlərin çoxu Azərbaycan vətəndaşlarıdır
Ölçü:


Bu ilin ilk 4 ayı ərzində Gürcüstana 2,2 milyon xarici vətəndaş səfər edib.

Koordinat.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb. Qeyd olunur ki, bunlardan 1,9 milyon nəfəri turist qismində səfər edib.

Bu müddət ərzində ölkəyə səfər edənlər arasında Azərbaycan vətəndaşları birinci yerdə qərarlaşıb.

Dörd ay ərzində Azərbaycandan Gürcüstana 400 min nəfər səfər edib ki, bununla da ölkə birinci yerdə qərarlaşıb. İkinci yerdə Rusiya vətəndaşları qərarlaşıb. (Trend)
16.05.2019 11:57:00
Oxuma sayı: 259