Deputat: "Əgər "Keşikçidağı" bizdən alacaqlarsa..."
Ölçü:


Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin “Keşikçi ” monastır kompleksinin kimə məxsus olmasını alimlər müəyyən etməlidir” və İlham İsmayılın “biz Gürcüstanla ərazi mübadiləsi çərçivəsində monastırı Gürcüstana verə bilərik” kimi fikirləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də məsələyə münasibət bildirib.

Koordinat.az
-ın məlumatına görə, BAXCP sədri bildirib ki, hər iki fikir çox zərərli və təslimçilik ruhunda verilən açıqlamalardır: “XXI əsrdə sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Eyni əhəmiyyətli torpaqların dəyişdirilməsindən söhbət gedə bilər. Keşikçidağ kompleksi tarixi abidədir. Azərbaycan həmin ərazidə hotellər tikib, turizmi inkişaf etdirib gəlir əldə etməlidir. Əgər tarixdə hansı torpaq hansı xalqa məxsus olub düşüncəsi ilə məsələyə yanaşsaq, bütün Avropada, dünyada dövlətlərin sərhədləri dəyişməli, yeni ərazilər uğrunda qanlı müharibələr başlamalıdır".

Qüdrət Həsənquliyev deyib ki, həmin kompleks alban abidəsidir və hətta gürcü abidəsi olsa belə, bu heç nəyi dəyişmir: "Bu məntiqlə Azərbaycan da gərək 1736- cı ildə Nadir şah tərəfindən Gəncə xanlığından alınıb gürcü xanlığı Kaxetiyaya verilmiş Borçalını tələb etsin. Gürcüstanla bizim aramızda viza rejimi yoxdur. Nə vaxt istəyirlər pulsuz ziyarət etsinlər oranı. Sərhəd rejimini də tam sadələşdirə, yaxud aradan qaldıra bilərik. Halbuki İtalyanlar Milandakı məhşur “Duomo” kilsəsini muzeyə çevirib böyük məbləğdə pul yığmağa başlayıblar. "Keşikçidağ"ı bizdən alacaqlarsa, xalq olaraq heç vaxt Qarabağı azad edə bilmərik. Deməli, həm də bir millət olaraq hər cür alçaldılmağa da layiqik”.
16.05.2019 11:38:00
Oxuma sayı: 71