İraqın Baş naziri Türkiyəyə gəlib
Ölçü:


İraqın Baş naziri Adil Əbdül-Mehdi Türkiyəyə səfərə gəlib.

Koordinat.az
xəbər verir ki, Ankarada qonağın rəsmi qarşılanma mərasimi olub. İkitərəfli və çoxtərəfli görüşlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Adil Əbdül-Mehdi birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, son aylar Türkiyə-İraq münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə müşahidə olunur. Tərəflər arasında qarşılıqlı səfərlər intensivləşib. Türkiyə İraqın ərazi bütövlüyünü dəstəkləyir. Qardaş ölkə İraqdan öz ərazisindəki terrorçu qruplar, o cümlədən PKK və digər təşkilatlar ilə sərt mübarizə aparmasını tələb edir
15.05.2019 18:32:00
Oxuma sayı: 68