Çavuşoğlu: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal çalışır"
Ölçü:


Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal şəkildə çalışır.

Koordinat.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazirin sözlərinə görə, ümumilikdə Türkiyə Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir.

M.Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə üçün vacibdir.

Xatırladaq ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

15.05.2019 15:17:00
Oxuma sayı: 14