Sabah 32 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
15.05.2019 13:12:00
Oxuma sayı: 5978