Narkoloji Mərkəzi yandırana ömürlük həbs verildi
Ölçü:


Ötən il martın 2-də Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı təqsirləndirilənlərə hökm oxunub.

Koordinat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edilib.

Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, şöbə müdiri Afət Məmmədovaya isə şərti cəza verilib.

Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb.
 
15.05.2019 13:39:19
Oxuma sayı: 23