İranda kağız qıtlığı son həddə çatır
Ölçü:


İranda manşet başlıqlarının yoxluğu başlıqlar yaradır.

ABŞ sanksiyalarının bərpası ilə bir ildə baş verən iqtisadi çətinliklər ucbatından kağız və çap mürəkkəbinin də sürətlə artan qiymətləri ilə mübarizə aparan İslam Respublikasının qəzetləri qadağaları adlamağa çalışır.

İran mövzusu dünya KİV-lərinin ön səhifələrində olarkən, hökumətə aid iki qəzet nəşrini dayandırıb, jurnalistlər isə mümkün işdən çıxarmadan narahatdırlar.

Prezident Həsən Ruhaniyə geniş dəstək verən “İran” qəzetinin baş redaktoru Cavad Dəliri “Tvitter”də yazıb ki, qəzet kağızı və bahalı sink təbəqə böhranı nəşrin bundan sonra cəmi səkkiz səhifəsinin olacağı deməkdir. Ən çox populyar, Tehran bələdiyyəsinə aid gündəlik “Həmşəhri” qəzeti isə oxucularına ilə 24 səhifə əvəzinə, 16 səhifəlik formatda qovuşacaq.

Neft ixracının sıfıra endirilməsi prezident Donald Trampın iqtisadi hücumunun əsas hədəfidir. O, Tehranın Yaxın Şərqdəki təsirini azaltmağa çalışır və hakim din xadimlərini xalqın narazılıq ünvanına çevirir. Lakin ABŞ-ın 2015-ci ildəki nüvə razılığından çəkildiyi gündən etibarən tətbiq edilən cəzalar xarici şirkətlərin də İrandan çıxması və yerli valyutanın dəyərinin 70%-ini itirməsinə gətirib çıxardı.

Yarırəsmi “İran” qəzetinin mətbuat və mədəniyyət şöbəsinin direktoru Mehdi Şəfai deyib: “Qəzetlər idxal kağızından asılıdır və keçən il məzənnədə dəyişikliklər kağız qiymətlərinin bir neçə dəfə artmasına səbəb olub”.

Nüfuzlu sənət və mədəniyyət jurnalının redaksiya heyətində olan jurnalist Emili Əmrai kağız qiymətinin 400% artdığını söyləyib: “Bu, həqiqətən, mədəniyyətimizə və milli maraqlarımıza zərər verir”.

Əmrainin sözlərinə görə, nəşrlərin səhifələri azaldığından onların sahibləri hər səhifəyə görə üç-dörd adamı ixtisar etməli olurlar.

İranın maliyyə cəhətdən zəif mətbu orqanları hakimiyyət tərəfindən yaxından izlənilir və dövlət senzurasına qarşı həssasdır.

Hökumət bəzi idxalçılara rial batdığına görə, kağız da daxil olmaqla, əsas malların tədarükünü təmin etmək üçün əlverişli, sabit məzənnə təklif edib. Amma bu siyasət səmərə verməyib, bir çox idxalçı hazırda idxal məhsullarına qiymətləri artırmaqda ittiham olunur.

“ISNA”-ın məlumatlarına görə, bu il ərzində hökumətin təmin etdiyi kanal vasitəsilə idxal olunan 262 min tondan artıq qəzet kağızının cəmi 23 min tonu istehlakçılara paylanıb. Mədəniyyət və İslam İrşad Nazirliyinin məlumatlarına görə, qəzet kağızının qalan hissəsi “itkin düşüb”.

Gülnar Mütəvəlli (“Bloomberg”)
Tərcümə: Strateq.az
14.05.2019 17:53:00
Oxuma sayı: 278