ABŞ-la İran müharibə astanasında
Ölçü:


Pentaqonun yenilənmiş konsepsiyası Yaxın Şərqə 120 min hərbçinin göndərilməsini nəzərdə tutur.

Koordinat.az xəbər verir ki, “Nyu York Tayms”ın yazdığına görə, ABŞ İranla davamlı münaqişəyə hazırlaşır. Son zamanlar gərginləşən münasibətlər ABŞ-ın Yaxın Şərqə “Avraam Linkoln” aviadaşıyıcısını və B-52 bombardumançılarını göndərməsi ilə nəticələnib. “Patriot” hava hücumundan müdafiə sistemlərinin bölgəyə yerləşdirməsi də Vaşinqtonun güc nümayiş etdirdiyinə dəlalət edir.

Bununla belə, ABŞ-ın bu addımları İranı qorxutmur. “Əgər amerikalılar addım atsalar, biz onları başından vuracağıq”-deyə İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əmir Əli Hacızadə deyib.  

Qərb mətbuatı hesab edir ki, istənilən halda ABŞ-İran münasibətlərinin qaynar fazaya keçməsi bütün regionda partlayış effekti yaradacaq.
 

14.05.2019 17:36:00
Oxuma sayı: 19