“David Qareci Gürcüstanındır” sözləri yazılmış plakatın fotosunu yayanlar kimlərdir? - nazirlikdən açıqlama
Ölçü:


Dünəndən sosial şəbəkələrdə Bakının mərkəzindəki “Alov qüllələri”nin önündə əlində təxribatçı plakat tutmuş 2 idmançının şəkli müzakirə mövzusuna çevrilib. Güman olunur ki, plakatı əlində tutanlar gürcülərdir. Çünki plakatın üzərində “Keşikçi dağ”  kilsəsi ilə bağlı şüar yazılıb. İngiliscə yazılan şüarda “David Qareci Gürcüstanındır” sözləri qeyd olunub ki, bu da Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.

Koordinat.az xəbər verir ki, iddialara görə, plakatla şəkil çəkdirənlər idmançıdırlar və Gənclər və İdman Nazirliyinin xətti ilə ölkəmizə gəlibər
Nazirliyin mətbuat katibi Samayə Məmmədova isə Modern.az-a açıqlamasında məlumatı təkzib edib. Onun sözlərinə görə, yayılan fotodakı şəxslərin nazirliyə aidiyyatı yoxdur: “Bakı tez-tez beynəlxalq oyunlara ev sahibliyi edir. Son dönəmlərdə istə bədii gimnastika, istərsə də  cüdo üzrə çox mötəbər beynəlxalq tədbirlər Bakıda keçirilib. Yayılan foto ilə bağlı onu deyə bilərəm ki, nazirliyə aidiyyatı yoxdur.  Şəkildə görünən insanlar nazirliyin xətti ilə keçirilən idman yarışlarında ölkəmizə təşrif buyuran şəxslər deyil”.
14.05.2019 16:17:00
Oxuma sayı: 83