Jirinovski: "İran qaçqınları Yerevan, Bakı, Tiflisi tapdaq edəndən sonra..."
Ölçü:


ABŞ –İran münasibətlərindəki gərginlik o həddə çatıb ki, siyasətçilər İrandan mümkün qaçqın kütləsini qarşılamaq üçün hazırlıqlar görülməsini təklif edirlər.

Koordinat.az
"Regnum"a istinadən xəbər verir ki, rusiyalı deputat Vladimir Jirinovski İrandan gələcək qaçqınlar üçün Rusiyada çadır şəhərcikləri  qurmağın vacibliyi barədə jurnalistlərə açıqlamasında bildirib: "On il əvvəl mən bu salonda dedim ki, İsraildə İrana zərbə endirmək qərarı verilib ... Artıq bu qərarın icrası başlanıb. Yalnız hərbi gəmilər hərəkət etmir, həm də 120 min nəfərlik ordu gəlir."

Jirinovski bildiribki, 10 il bundan öncə tədbirlər görülməli idi, çünki İranla münaqişə Rusiya Federasiyasında da təhlükə yaradır: "Bu bizim sərhədimizdədir, bu Xəzər dənizi, Azərbaycan, Yerevandır - hər şey dağılacaq. Milyonlarla qaçqın hər şeyi süpürəcək ... Gəlin qaçqınları qəbul etmək üçün sürətlə baraklar inşa edək. On il ərzində biz bir neçə milyonu qarşılamaq üçün baraklar qurmalıydıq, bəs üstümüzə qaçqın seli töküləndə nə edəcəyik, ? Bu qaçqınlar hara gələcəklər? Onlar Yerevan, Bakı, Tiflisi tapdaq edəndən sonra Şimali Qafqaza keçəcək. Daha sonra Həştərxan, Volqoqrad və Orta Asiyaya "- , Jirinovski belə proqnozlaşdırır.
14.05.2019 16:09:00
Oxuma sayı: 30