Sabah 32 dərəcə isti olacaq
Ölçü:


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təşkil edəcək.  
14.05.2019 15:27:00
Oxuma sayı: 159