Azərbaycan qazını Yunanıstan və İtaliyaya çatdırmaq üçün...
Ölçü:


“Cənubi Qaz Dəhlizi strateji layihədir. Azərbaycan qazını 2020-ci ilədək Yunanıstan və İtaliyaya çatdırmaq üçün lazımi işlər görülüb”.

Koordinat.az
xəbər verir ki, bunu Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığının 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə nitq söyləyən xarici işlər naziri Elmar Məmmədyarov bildirib: “Cənub Qaz Dəhlizi layihənin sonu deyil, bir qolunu da Balkanlara çəkmək nəzərdə tutulur. Bu məsələ də hələlik həllini tapmayıb”.

Nazir Azərbaycanın uğurla həyata keçirdiyi başqa irimiqyaslı infrastruktur layihələrindən danışaraq, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən söz açıb: “Bakı-Tbilisi-Qars Şərq ilə Qərbi qovuşdurub. Gün gələcək, bizim indiki gənclər Bakıda qatara minib Stokholma gedə biləcəklər. Bu da insanlar arasındakı təmasları artırmaq deməkdir".
14.05.2019 14:21:00
Oxuma sayı: 78