"Obama 19 dəfə görüş tələb etdi, ancaq… “-Ruhanidən ABŞ-a mesaj
Ölçü:


“Həll yolları axtaran zaman həmin mövzuda hökumətin hansı səlahiyyətlərə sahib olduğuna diqqət etməliyik. Hökumət xarici siyasətdə hansı səlahiyyətlərə sahibdir? ABŞ-ın eks-prezidenti Barak Obama 19 dəfə görüş tələb etdi, ancaq hökumətin buna cavab vermək səlahiyyəti yox idi”.

Koordinat.az
xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. O bildirib ki, hökumət Məşhəddəki maliyyə və kredit təşkilatları üçün 30 trilyon tüməni (təxminən 7.5 milyard dollar) ödəməyə məcbur oldu. "Ancaq bu, hökumətin deyil, bir hakimin işi idi. Bundan əlavə, hər hansı bir hakim ölkənin bir tərəfindən milyonlarla sosial şəbəkənin bağlanmasına hökm edə bilir”.

Qeyd edək ki, İranda dövlətin xarici siyasətinin prioritetlərini ali dini lider müəyyən edir. Ölkədə ali dini lider tərəfindən ABŞ hökuməti ilə danışıqlar qadağan edilib.

14.05.2019 14:53:00
Oxuma sayı: 61