Tanınmış ekspert bu nazirliklərin mətbuat xidmətlərini yalançılıqda suçladı: "Səriştəsiz rəhbərlərini..."
Ölçü:


"Bəzi dövlət və hökumət strukturlarında çalışan həmkarlarımız, deyəsən öz bivec və səriştəsiz rəhbərlərini "sudan quru çıxarmaq" üçün dəridən-qabığdan çıxmağı özləri üçün bir "şərəf" məsələsi sayırlar".

Koordinat.az
xəbər verir ki, bunu tanınmış hərbi ekspert Üzeyir Cəfərli özünün "Facebook" səhifəsindəki statusunda yazıb. O, bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü hörmətli Anar Nəcəfli ilə yenicə çəkilmiş, lakin qısa müddətdən sonra çökərək bərbad hala düşən yollar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Fazil Talıbovla onun təmsil olunduğu nazirliyinin müharibə veteranları və şəhid ailələri ilə bağlı məsələlərin həllində səriştəsiz fəaliyyəti ilə əlaqədar xeyli virtual mübahisələrinin olduğunu xatırladıb. Hərbi ekspert indi də Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovuöz işinin öhdəsini gələ bilməməkdə və ictimaiyyətə yalan məlumat verməkdə suçlayıb: "Bəxtiyar Məmmədovun MƏNTİQSİZ və YALAN məlumatları "gözümüzə soxulur". Yaşları az olsa da, demək istəyirəm ki, ay cavan oğlanlar, siz heç olmasa təmsil etdiyiniz təşkilatların adından yol verdiyiniz narahatçılığa, əsəb və stresə görə Bakı sakinlərindən və şəhərin qonaqlarında üzr istəməyi bacarırsinizmı? Bunun özü də bir mədəniyyət göstəricisidir. İki gündür ki, Bakı Metropoliteni səhər saatlarında on minlərlə sərnişinin başına "oyun açır", bu cavan oğlan yalnız bu gün "ayılıb" və görün nə deyir. Deyir ki, qatarların gecikməsinə səbəb.. sərnişin sıxlığıdır?!"

"Ay qardaş, sənin dünən səhər saat 8-9 arası Həzi Aslanov istiqamətində Dərnəgül stansiyasından tısbağa kimi sürünən qatarlardan, heç olmasa, xəbərin olub? Üstündən 1 sutka vaxt keçib, sən bu gün çox səviyyəsiz və həyasız yalan danışırsan. Axı, dünən sənin təmsil etdiyin metropolitenin LÖVHƏLƏRi, göstəriciləri işləmirdi və sərnişinlər heç bilmirdi qatar hardan hara gedəcəkdir? Qatarlarda maşinistlər stansiyaları belə elan etmirdilər. Bax bu yazdıqlarımın sərnişin sıxlığına nə aiddiyatı var? Adam çörəyi də kişi kimi yeyər. Yalan danışmağı sənə məktəbdə öyrədiblər, ya KORRUPSİYAYA bulaşmış təşkilatınızda? "Korrupsiya" sözünü ona görə ƏMİNLİKLƏ işlədirəm ki, metropoliten kimi strateji obyektdə bu yaxınlarda adicə generatorlar yox idi ki, kütləvi enerji kəsintisi olanda sərnişinləri yerin altından panikasız, tez bir zamanda çıxartmaq mümkün olsun? Sizin çoxunuz o təmsil olduğunuz idarə və müəsissələrdə tam təsadüfi adamlarsınız. Kimsə kimin QAHIMI, kimsə kimin dostu və tanışıdır. Ona görə də belə məsuliyyətsiz və savadsız açıqlamalarla çıxış edirsiniz. Ya özünüzü dəliliyə vurmusunuz, ya da bizi dəli sayırsınız. Məsuliyyət hissinizi artırın. Allah göstərməmiş bir ciddi hadisə, fəlakət olar, ömrünüzü türmələrdə çürütmüş olarsınız. Bunu da sizə sahəsi mənə aid olmasa da, hərdən adı vətəndaş kimi metrodan istifadə edən hərbçi jurnalist deyir" - deyə tanınmış ekspert miz Bakı Metropoliteninin mətbuat katibinə səslıənib.
14.05.2019 14:42:00
Oxuma sayı: 29