Təhsil Nazirliyində işçi qrupu yaradılıb
Ölçü:


Təhsil Nazirliyi (TN) 2018-2019-cu tədris ilində ali, orta ixtisas və peşə təhsili sistemində texnoloji sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.

Koordinat.az xəbər verir ki, bunu təhsil naziri əvəzi Ceyhun Bayramov "Elektron təhsil" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib. O bildirib ki, həm peşə, həm orta ixtisas, həm də ali təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin görülməsi məqsədilə nazirlikdə işçi qrupu yaradılıb: "Artıq 2018-2019-cu tədris ilində bu sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək. Əminəm ki, Nazirlər Kabineti də buna müsbət rəy verəcək".

Ceyhun Bayramov bildirib ki, bilik iqtisadiyyatı ölkələrin inkişafını şərtləndirən amillərdəndir. Onun sözlərinə görə, hazırki dövrdə iqtisadiyyatın inkişafı üçün hazırlıqlı gənclərin hazırlanmasının çox böyük əhəmiyyət kəsb edir.

Nazir əvəzi əlavə edib ki, İKT biliklərinin şagirdlərə verilməsi, eyni zamanda, istedadlı uşaqların aşkarlanması üçün bir çox layihələr həyata keçirilir: "Son illər ərzində dünya fənn olimpiadalarına hazırlıq məqsədilə Fənn Olimpiadalarına Hazırlıq mərkəzləri yaradılıb. Yalnız bu il ərzində 30 mindən çox şagird fənn olimpiadalarının seçim turunda iştirak edib".
26.12.2017 12:03:00
Oxuma sayı: 156