Yollara duz və qum səpilir - FOTOLAR
Ölçü:


Hazırda Bakı şəhərində "Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə, həmçinin Respublikanın avtomobil yollarında qeyri-sabit hava şəraiti ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə edilmir.

Koordinat.az xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib. O qeyd edib ki, ASC-nin duz-qum qarışığı səpən maşın-mexanizmləri ötən gün axşam saatlarından etibarən daha çox qar tutan və buzlaşan ərazilərə cəlb olunaraq həmin sahələr nəzarətə götürülüb: "Gecə və səhər saatlarında buzlaşmış yollara duz-qum səpilməklə avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub. Axşam saatlarında yolların buzlaşma ehtimalı olduğundan maşın-mexanizmlər hazır vəziyyətdə saxlanılır, problemli ərazilər nəzarət altındadır".

Anar Nəcəfli deyib ki, atılan qabaqlayıcı addımlara baxmayaraq, sürücülər də bu cür hava şəraitində diqqətli olmalıdırlar: "Onlardan xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusi ilə yay şinlər ilə (4 mövsüm) təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar. Hər bir halda az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyə olunmur".



15.12.2016 11:06:25
Oxuma sayı: 289