ŞOK: Qarabağ əlili Yol Polisinə etiraz olaraq avtomobilini yandırdı - VİDEO
Ölçü:


Qax rayonunda Qarabağ qazisi, I qrup əlil Bəxtiyar Məmmədov şəxsi avtomobilini yandırıb.

Koordinat.az
xəbər verir ki, sosial şəbəkələrdə həmin hadisənin videogörüntüləri yayımlanıb. Avtomobilin sahibi olan Qarabağ müharibəsi veteranı Qax Rayon Yol Polisi Şöbəsində ona qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq öz avtomaşınını yandırmaq məcburiyyətində qaldığını deyib.

Hadisə barədə Baş Dövlət Yol Polisi İdarəsində də məlumatlıdırlar. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Meydan TV-yə açıqlamasında bu məsələni araşdıracaqlarını bildirib: “Adətən bizə bu cür müraciətlər çox olur. Biz birinci araşdıraq görək həqiqətənmi vətəndaş haqsız yerə cərimələnib, məhkəmənin qərarı varmı və sair. Etiraz olaraq avtomobilin yandırmasına bundan sonra fikir bildirmək olar. Mən indi baxıram, vətəndaş həmin avtomobili etibarnamə əsasında istifadə edir. Ancaq şəxsi məlumatları sizinlə bölüşə bilmərik. Bunun üçün şəxsin razılığı olmalıdır. Yalnız rəsmi sorğu əsasında suallarınızı cavablandıra bilərik”.

Qax rayon Polis İdarəsindən məsələyə münasibət bildirmək istəməyiblər.


14.12.2016 17:19:00
Oxuma sayı: 632