Bakının bir hissəsində internet kəsilib
Ölçü:


“Azərişıq” ASC xəbərdarlıq etmədən bu gün saat 09:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb.

Koordinat.az xəbər verir ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək. Məsələ ilə bağlı Report-a açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, həmin ərazidə yerləşən avadanlıqlara texniki baxış həyata keçirilir: "Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb”.

Qeyd edək ki, sözügedən küçələrdə bir sıra internet provayderləri yerləşir. Məlumata görə, fasilə nəticəsində Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının, eləcə də Abşeron rayonunun ərazisində olan 1 500-dən artıq abunəçinin internet təchizatı dayandırılıb.

13.05.2019 12:18:00
Oxuma sayı: 59