Zabrat gölü daşdı, Kürdəxanı yolunu və evləri su basdı - FOTOLENT
Ölçü:


Zabrat gölündə suyun səviyyəsi qalxıb. Nəticədə Kürdəxanı yolunu və ətrafdakı evləri su basıb.

Koordinat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, gölün suyu daşaraq Zabrat - Pirşağı avtomobil yolunun üzərindən dəniz istiqamətində axmağa başlayıb: "Gölün yaxınlığında yerləşən yaşayış evlərinin zirzəmiləri də su ilə dolub. Ərazidəki su ötürücüləri tutulub, sular idarə olunmur. Gölün ətrafındakı yaşayış evlərinin də sayı artıb. Atmosfer çöküntüləri, kanalizasiya suları, hamısı gölə axıdılır. Gölün çıxarı yoxdur, buna görə də gölün səviyyəsi qalxır”. 


 
13.12.2016 14:55:34
Oxuma sayı: 467