İsmayıllıda ikinci zəlzələ baş verib
Ölçü:


Bu gün İsmayıllı rayonunda ikinci dəfə zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Koordinat.az-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 04:33-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. 4.5 maqnitudalı zəlzələ 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Bundan 1 dəqiqə sonra daha bir zəlzələ qeydə alınıb.

Xatırladaq ki, maqnitudası 4.5, dərinliyi 9 km olan zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzində bildirirlər ki,  İsmayıllıda baş vermiş zəlzələlər çox da güclü zəlzələ sayılmır. Belə ki, bu cür yeraltı titrəyişlər güclü olmayan, amma hissolunan zəlzələdir.  Ümumilikdə İsmayıllıda bu cür təkanların baş verməsi gözləniləndir. Hazırda bu zonaya xas olan bir proses gedir. Amma Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir.
13.12.2016 10:37:47
Oxuma sayı: 692