Məcburi köçkün gənclər "Araz rmarket"lərdə işə dəvət olunur
Ölçü:


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib.

Koordinat.az xəbər verir ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd həssas kateqoriyalardan olan məcburi köçkünlərin məşğulluğuna dəstək göstərməkdir.

Araz Supermarket MMC-nin İnsan resursları şöbəsinin nümayəndələri də bu tədbirdə yaxından iştirak edib. Nümayəndələrimiz şirkətin fəaliyyət istiqaməti, şirkətdəki mövcud vakansiyalar və təcrübə proqramları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və müraciət edən namizədlərin CV-lərini dəyərləndirmək üçün qəbul ediblər.
 

08.05.2019 17:09:00
Oxuma sayı: 242