137 talassemiya xəstəsinə əlillik verilib
Ölçü:


8 may dünyada Beynəlxalq Talassemiya günü kimi qeyd edilir. Talassemiya əlillik və ya sağlamlıq imkanları məhdudluq təyinatı üçün göstərici hesab edilən anadangəlmə, irsi qan xəstəliyidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Koordinat.az-a verilən məlumata görə, ötən il Azərbaycanda 137 talassemiya xəstəsinə əlillik və bu xəstəliyi olan 145 uşağa sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb.

Cari ilin yanvar-aprel aylarında isə 70 şəxsə, o cümlədən talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi, 41 uşağa sağlamlıq imkanları məhdudluğu təyin edilib.

Xəstəliyin dərəcəsindən asılı olaraq həmin şəxslərə I, II və III dərəcə əlillik təyin olunur.

 
 
08.05.2019 09:37:00
Oxuma sayı: 179