Xətaidə ağacların kəsilməsi ilə bağlı sənədlər prokurorluğa göndərilib

Koordinat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama yayıb.
Xatırladaq ki, mayın 5-də nazirliyə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.
07.05.2019 11:36:00
Oxuma sayı: 5163