Bakıda işləyənlərin yarıya qədəri maaşından narazıdır
Ölçü:


Hazırda Azərbaycanda İşləyənlərin 84 faizi öz işindən məmnundur.

Koordinat.az
xəbər verir ki, bu «Business insight» araşdırma şirkətinin ölkə əhalisi arasında iş yeri və əmək haqqı ilə bağlı apardığı araşdırmada məlum olub. Araşdırmada məlum olub ki, rəyi soruşulan 1270 nəfərin 764-ü, yən 60 faizi işləyir, 40 faizi isə işləmir.

İşləyənlərin isə 84 faizi ümumi olaraq işlərindən məmnun olduqlarını vurğulayıblar. İşindən məmnun olanlar 84 faiz təşkil edir. Amma maaş məsələsində məmnunluq göstəricisinin aşağı düşdüyünü müşahidə edilir.

Maaşlardan narazı olanlar arasında gender baxımından kişilər çoxluq təşkil edir. Çünki qadınlar kişilərə nisbətən daha az əmək haqqına qane olaraq, işləməkdən imtina etmirlər.

Maaşdan narazı olanların Azərbaycan üzrə xəritəsinə nəzər saldıqda məlum olur ki, bu kateqoriyadan olan insanların demək olar ki, yarısı Bakı şəhərinin payına düşür (narazıların 48,3 faizi). Digər tərəfdən narazı olanlara ən çox 30 - 49 yaş qrupu arasında rast gəlinir (narazıların 53,1 faizi).
07.05.2019 10:17:00
Oxuma sayı: 178