Magistraturaya qəbul üçün proqram seçimi başa çatır
Ölçü:


Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına 2019-cu il fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən məlumata görə, bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib bu gün saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 26 may 2019-cu ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

07.05.2019 09:39:00
Oxuma sayı: 81