“Meydan TV”nin əməkdaşlarına qadağa götürüldü
Ölçü:


Bu gün 4 jurnalist Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dəvət olunub və burada onlara bildirilib ki, ölkədən çıxışlarına qoyulmuş qadağa götürülüb.

Koordinat.az
xatırladır ki, həmin qadağa 4 il ərzində - 2015-ci ildən qüvvədə idi.

“Bizi idarə rəisi Eldar Əhmədov qəbul etdi və özünün imzaladığı bildirişi təqdim edərək bildirdi ki, ölkədən çıxışa qoyulmuş qadağa zərurətin aradan qaldırılması səbəbindən götürülüb”, - jurnalist Natiq Cavadlı “Turan” agentliyinə deyib.

Ondan başqa, analoji bildirişi İzolda Ağayeva, Səlimə Cəlilova və Rasim Qaraca alıblar. Gözlənildiyinə görə, yaxın vaxtlarda ölkədən çıxışa qoyulmuş qadağa “Meydan TV” üçün materiallar hazırlamış daha ən azı 8 jurnalist barəsində ləğv ediləcək.

Ölkədən çıxışa qoyulmuş qadağa “Meydan TV” internet portalı ilə əməkdaşlıq etmiş jurnalistlər qrupu barəsində cinayət işi ilə bağlı tətbiq edilmişdi.
06.05.2019 11:46:00
Oxuma sayı: 236